- Transfer
- 15:10 14.12.2025
Bir sıra klubların istədiyi “Arsenal”ın futbolçusu Tomas Partey “Barselona”ya keçməyə bilər.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən verdiyi xəbərə görə, yayda azad agent kimi "topçular"dan ayrılacaq Partey karyerasını ispan klubunda davam etdirmək variantını daha üstün hesab edir, lakin kataloniya rəhbərliyi yalnız yarımmüdafiə xəttində ciddi itki olacağı təqdirdə müqavilə təklifi ilə razılaşacaq.
Parteyin müdafiənin sağ cinahında özünü sınamağa razı olacağı variant da nəzərdən keçirilir. O, artıq Takehiro Tomiyasunu əvəzləyərək bu vəzifədə çıxış edib.
Ümumilikdə, qanalı futbolçu mövsüm ərzində 43 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.