25 aprel 2025. Cümə

PSJ Reşfordla danışıqlara başlayıb


  • Transfer
  • 21:28 08.04.2025
  • Oxunma sayı: 65
PSJ Reşfordla danışıqlara başlayıb

Hazırda icarə əsasında “Aston Villa”da çıxış edən müqavilə ilə “Mançester Yunayted”ə məxsus hücumçu Markus Reşford  karyerasını PSJ-də davam etdirə bilər.

90deqiqe.Az-ın "L'Equipe"yə istinadən verdiyi xəbərə görə, PSJ-nin futbol müşaviri Luis Kampos ingilis futbolçunun agenti ilə əlaqələri bərpa edib. Liqa 1 nəhəngi bu yay 27 yaşlı forvardla müqavilə imzalamaqda qərarlıdır.

Reşford Birminqhem təmsilçisində 12 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Nüfuzlu Transfermarkt portalının ekspertləri futbolçunu 50 milyon avro qiymətləndirib. Reşfordun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.







Transfer