- Transfer
- 21:12 12.05.2025
"İnter"in hücumçusu Lautaro Martinez karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "Arsenal" argentinalı futbolçunu transfer etmək istəyir.
Londonlular bu mövsüm hücumda problemlərlə üzləşib, yarımmüdafiəçi Mikel Merino bəzən hücumun ön cərgəsində oynamaq məcburiyyətində qalıb.
"Arsenal" 27 yaşlı Martinez üçün təxminən 120 milyon avro ödəməyə hazırdır, lakin bu transferi həyata keçirmək çətin olacaq. "İnter" ötən yay - 2029-cu ilin ortalarına qədər yeni müqavilə imzaladığı liderini itirmək istəmir.