20 aprel 2025. Bazar günü

"Mançester Siti" De Bruynenin yerinə iki namizəd müəyyənləşdirib


  • Transfer
  • 21:45 08.04.2025
  • Oxunma sayı: 67
"Mançester Siti" De Bruynenin yerinə iki namizəd müəyyənləşdirib

“Mançester Siti” cari mövsümün sonunda komandadan ayrılacaq Kevin De Bruyneyə alternativ taöpıb.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən verdiyi xəbərə görə, "şəhərlilər" belçikalıya əvəzedici kimi “Nottingem Forest”in 25 yaşlı yarımmüdafiəçisi Morqan Qibbs-Uayt və “Bayer”in 21 yaşlı yarımmüdafiəçisi Florian Virtsi nəzərdən keçirir. 

Kevin De Bruyneni əvəzləmək üçün “Mançester Siti” də daxili resurslara müraciət edə bilər. Fil Foden De Bruynedən təhvil almağa qadir oyunçu kimi görünür.

Bu mövsüm Virts bütün yarışlarda 39 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib. Qibbs-Uayt 30 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib.







Transfer