- Transfer
- 21:34 14.04.2026
Qarabağ'ın transfer siyahısında olan "Udineze"nin qapıçısı Simone Skuffet icarəyə göndərilib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiper yeni mövsümü icarə əsasında İtaliya B seriya klubu “Speziya Kalsio”da keçirəcək.
Qeyd edək ki, Ağdam klubu S.Skuffet üçün "Udineze"yə 500 min avro təklif etmişdi. Ancaq italyanlar bu təkliflə razılaşmayıb.