- Transfer
- 23:21 16.05.2025
"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan İngiltərə Premyer Liqasından Türkiyə Superliqasına keçə bilər.
90deqiqe.Az-ın "Tribal Football"a istinadən verdiyi xəbərə görə, "Qalatasaray" klubu 34 yaşlı yarımmüdafiəçini yay transferi pəncərəsi zamanı heyətinə qatmaq istəyir. Türkiyə nəhənginin rəhbərliyi təcrübəli futbolçu üçün əmək müqaviləsi hazırlayır.
İlkayın "şəhərlilər"lə müqaviləsi 2025-ci ilin iyunun sonunda başa çatır.Gündoğan bu mövsüm İngiltərə Premyer Liqasında 27 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. Futbolçunun bazar dəyəri 7 milyon avro qiymətləndirilir.