- Transfer
- 15:10 14.12.2025
"Arsenal"ın liderləri yay transferləri üçün çox ciddi məbləğ ayıra bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, London klubunun rəhbərliyi bu mövsüm Mikel Artetanın komandasının çıxışından razıdırlar. "Topçular"ın rəhbərliyi Artetaya yeni oyunçular üçün təxminən 230 milyon avro ayırmağa hazırdır ki, bu da "Arsenal"ın nəticələrini yaxşılaşdırmağa kömək etməlidir.
Qeyd edək ki, London komandası yayda "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi, "Atletik"in hücumçusu Niko Uilyamsı və "Sportinq"dən isveçli hücumçu Viktor Qyokereslə müqavilə imzalamağı planlaşdırır.