- Transfer
- 21:34 14.04.2026
“Yuventus” bu yay “Roma”dan heyətinə qatdığı Luka Pelleqrinini icarəyə göndərib.
Corner.az xəbər verir ki, 20 yaşlı sol cinah müdafiəçisi yeni mövsümü “Kalyari”də keçirəcək.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Pelleqrini ötən mövsümün ikinci yarısını icarə əsasında məhz “Kalyari”də keçirib və 12 oyuna çıxıb.
Qeyd edək ki, “Roma”nın yetirməsi olan Pelleqrini 22 milyon avro qarşılığında “Yuventus”a keçib.