20 aprel 2025. Bazar günü

“Əl-Hilal”ın baş məşqçisi Braziliya millisinə başçılıq edə bilər


  • Transfer
  • 23:36 09.04.2025
  • Oxunma sayı: 55
 “Əl-Hilal”ın baş məşqçisi Braziliya millisinə başçılıq edə bilər

Braziliya milli komandasının yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az-ın "UOL Esporte"yə istinadən verdiyi xəbərə görə, hazırda Braziliya millisinin yeni baş məşqçisi postuna yeganə ciddi namizəd hazırda Səudiyyə Ərəbistanında “Əl-Hilal” klubunda çalışan portuqaliyalı Xorxe Jezusdur.

70 yaşlı mütəxəssis may ayına qədər Səudiyyə yığmasında çalışacaq, bundan sonra Braziliya millisinə rəhbərlik edə bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında təcrübəli çalışdırıcı ildə təxminən on milyon avro alır.

Xatırladaq ki, Xorxe Jesus bundan əvvəl “Fənərbağça”, “Benfika”, “Flamenqo”, “Sportinq Lissabon”, “Braqa”, “Belenenşeş” və digər klubları çalışdırıb.







Transfer