- Transfer
- 15:10 14.12.2025
“Mançester Siti” komandasının hücumdakı çıxışından narazıdır.
90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, Premyer Liqanın ən yaxşı klubu Erlinq Haaland üçün daha çox qol imkanları təmin edəcək bir oyunçu ilə müqavilə bağlamaq istəyir.
Bu səbəbdən Xosep Qvardiola "Barselona"nın hücumçusu Rafinyanı "Mançester Siti"də görmək niyyətindədir. "Şəhərlilər" braziliyalının transferi üçün "Barselona"ya böyük pul ödəməyə hazırdırlar, lakin müqavilənin tamamlanma ehtimalı çox aşağıdır.
Məsələ burasındadır ki, Rafinya Hans-Diter Flikin rəhbərliyi altında Kataloniya təmsilçisində çıxışını davam etdirmək istəyir.