- Transfer
- 15:10 14.12.2025
"Tottenhem"in sol cinah müdafiəçisi Destiny Udoji karyerasını "Mançester Siti"də davam etdirə bilər.
90deqiqe.Az-ın "Give me Sport"a istinadən verdiyi xəbərə görə, "şəhərlilər" 22 yaşlı futbolçu ilə maraqlanır.
Mançester klubu italyan futbolçunun bacarığını yüksək qiymətləndirirlər. Onun gəncliyi, fiziki dözümlülüyü və hər iki cinahda oynamaq bacarığı qeyd olunur.
Bu mövsüm Udoji bütün yarışlarda 29 oyun keçirib və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.