- Transfer
- 18:29 19.04.2025
Braziliya millisinin hücumçusu yay transfer pəncərəsində "Mançester Yunayted"in heyətinə qatıla bilər.
90deqiqe.Az-ın məlumatına görə, söhbət hazırda “Vulverhempton”u klub səviyyəsində təmsil edən Matheus Cunhadan gedir.
Cunhanın agenti artıq İngiltərəyə uçub və "Mançester Yunayted"lə danışıqlar aparıb. 25 yaşlı futbolçu Ruben Amorimin komandası mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilməsə belə, "Old Trafford"a keçməyə açıqdır.
2024/2025 mövsümünün 29 matçında futbolçu 15 qol vurub. Nüfuzlu Transfermarkt portalı braziliyalını 55 milyon avro qiymətləndirir.