25 aprel 2025. Cümə

“Real” 100 milyon avronu kimə görə ödəyəcək?


  • Transfer
  • 22:22 10.04.2025
  • Oxunma sayı: 74
“Real” 100 milyon avronu kimə görə ödəyəcək?

"Real Madrid" heyətini gücləndirmək üçün çalışır.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, Madrid klubu "Arsenal"ın müdafiəçisi Uilyam Saliba üçün danışıqlar aparmağı planlaşdırıb.

Müqavilənin dəyəri təxminən 100 milyon avro ola bilər. Bildirilir ki, "Real Madrid"in prezidenti Florentino Peres Çempionlar Liqasının 1/4 finalında komandaların son oyununda Salibanı çox bəyənib.

Bildiyiniz kimi, "Arsenal" evdə 3:0 hesabı ilə qalib gəlib. Deklan Rays iki qol vurub, Mikel Merino isə daha bir qol vurub.2024/2025 mövsümündə Uilyam Saliba 42 rəsmi oyun keçirib, iki qol vurub.







Transfer