25 aprel 2025. Cümə

Messi "İnter Mayami" ilə müqaviləsini uzatmağa yaxındır


  • Transfer
  • 21:49 11.04.2025
  • Oxunma sayı: 92
Messi "İnter Mayami" ilə müqaviləsini uzatmağa yaxındır

37 yaşlı hücumçu Lionel Messi "İnter Mayami" ilə müqaviləsini 2026-cı ilə qədər uzatmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, hazırda tərəflər yeni əmək müqaviləsinin şərtlərini dəqiqləşdirməyə çalışırlar. Lakin argentinalı futbolçunun tezliklə yeni müqavilə imzalayacağı gözlənilir.

Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 48 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna kimidir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.







Transfer