5 iyul 2026. Bazar günü

MLS klubları Qrizmann üçün hərəkətə keçib


  • Transfer
  • 21:57 11.04.2025
  • Oxunma sayı: 150
MLS klubları Qrizmann üçün hərəkətə keçib

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann bu yay klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, fransalı futbolçunun MLS-də iki seçimi var. 34 yaşlı futbolçu ya "İnter Mayami", ya da "Los Anceles" klublarrından birini seçəcək.Bu keçid cari Avropa mövsümü başa çatdıqdan sonra baş tuta bilər.

Qeyd edək ki, Lionel Messi və daha bir neçə keçmiş "Barselona" ulduzu "İnter Mayami"də çıxış edir. Nüfuzlu “Transfermarkt” portalının ekspertləri fransalı futbolçunu 22 milyon avro qiymətləndirib.

Əlavə edək ki, fransız uzun müddətdir ki, karyerasının hansısa dönəmində MLS-də oynamaq istəyindən danışıb. 







Transfer