20 aprel 2025. Bazar günü

"Mançester Yunayted" Premyer Liqanın iki hücumçusunu hədəfləyib


  • Transfer
  • 22:06 11.04.2025
  • Oxunma sayı: 51
"Mançester Yunayted" Premyer Liqanın iki hücumçusunu hədəfləyib

"Mançester Yunayted" yeni mövsüm üçün heyətini gücləndirməyə hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, "qırmızı şeytanlar" "Vulverhempton"un 25 yaşlı mərkəz hücumçusu Matheus Kunya və "İpsviç"in 22 yaşlı hücumçusu Liam Delapla maraqlanır.

Kunyanın agenti hazırda İngiltərədədir. Braziliyalı futbolçunun özü də “qırmızı şeytanlar”a keçməyə açıqdır. Onun müqaviləsinə 71,8 milyon avro sərbəst buraxılma maddəsi daxildir. İngiltərə nəhəngi Delapın da agenti ilə görüşlərə başlayıb.

Kunya bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. Delap bütün yarışlarda 33 oyun keçirib, 12 qol vurub və iki məhsuldar ötürmə edib. Onun İpsviçlə müqaviləsi 2029-cu ilin yayına qədərdir.







Transfer