14 aprel 2025. Bazar ertəsi
AFFA-nın Hesabat Konfransı keçirilib

"Arsenal" və "Tottenhem" onun üçün yarışır


  • Transfer
  • 22:53 11.04.2025
  • Oxunma sayı: 56
"Arsenal" və "Tottenhem" onun üçün yarışır

"Arsenal" Münhen "Bavariya"sının cinah hücumçusu Kingsley Comanı transfer etmək niyyətindədir.

90deqiqe.Az-ın məlumatına görə, "topçular" fransalı futbolçunu heyətinə qatmaq istəyir. Klub rəhbərliyi bu qərarı, daha əvvəl maraq göstərdikləri digər "Bavariya" oyunçusu Leroy Sanenin alman təmsilçisi ilə müqaviləsini uzatmağa yaxın olması fonunda verib.

28 yaşlı futbolçu ilə İngiltərənin digər klubu — "Tottenhem" də maraq göstərir. Lakin “Spurs” rəhbərliyi futbolçunun yüksək maaş tələbinə görə hazırda ehtiyatlı mövqe sərgiləyir və danışıqlarla bağlı gözləmə strategiyasını tətbiq edir.

Daha əvvəl məlum olmuşdu ki, fransalı futbolçu Səudiyyə Ərəbistanına keçməyə üstünlük verir və burada onu Pro Liqanın dörd ən yaxşı klubu maraqlandırır.

Bu mövsüm hücumçu bütün turnirlərdə 33 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.







Transfer