- Transfer
- 21:05 12.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Atalanta”nın yarımmüdafiəçisi Ederson karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.Az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır və yaxın həftələrdə onun üçün təklif göndərməyə hazırlaşır.
İtaliya klubu braziliyalı futbolçu üçün təxminən 60 milyon avro istəmək niyyətindədir. Ederson başqa komandaya keçməyə açıqdır və "Atalanta" ilə müqaviləni yeniləməyə tələsmir.
“Mançester Siti” 25 yaşlı futbolçu uğrunda mübarizədə “qırmızı şeytanlar”ın rəqibi ola bilər.
Ederson bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 4 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.