- Transfer
- 21:26 14.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Milan”ın yarımmüdafiəçisi Tijani Reynders “Mançester Siti” və “Real Madrid”in diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi xəbərə görə, sözügedən klublar futbolçunun transfer etmək üçün agenti ilə əlaqə yaradıb. Lakin 26 yaşlı futbolçu bu yay "rossoneri"ni tərk etmək niyyətində deyil.
Qeyd edək ki, yazın əvvəlində Reynders "Milan"la müqaviləsini 2030-cu ilin ortalarına qədər uzadıb. Ümumilikdə niderlandlı oyunçu "Milan"ın heyətində bütün turnirlərdə 95 rəsmi oyun keçirib, 17 qol vurub və komanda yoldaşlarına 8 məhsuldar ötürmə edib. Transfermarkt portalı oyunçunu 50 milyon avro qiymətləndirir.