15 aprel 2025. Çərşənbə axşamı
AFFA-nın Hesabat Konfransı keçirilib

Barella "İnter"i "Liverpul"a dəyişəcək


  • Transfer
  • 18:49 12.04.2025
  • Oxunma sayı: 41
Barella "İnter"i "Liverpul"a dəyişəcək

"İnter"in mərkəz yarımmüdafiəçisi Nikolo Barella karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Sport Witness"ə istinadən verdiyi xəbərə görə, "Liverpul" italyan yarımmüdafiəçinin xidmətində maraqlıdır. Mersisayd klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

"Neradzurrilər" də öz növbəsində aparıcı futbolçusunu 100 milyon avroya qiymətləndirirlər.

Barellanın Milan nəhəngi ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır.Bu mövsüm Nikolo Milan komandasının heyətində 41 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.







Transfer