- Transfer
- 21:05 12.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Mançester Yunayted"in hücumçusu Alexandro Qarnaço İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Tribal Football"a istinadən verdiyi məlumata görə, argentinalı futbolçu ilə “Çelsi” klubu hələ də maraqlanır.
"Mankunianlar" da öz növbəsində 55 milyon avroya Alexandro ilə ayrılmağa hazırdır. London klubu hazırda futbolçunun agenti ilə danışıqlara başlayıb.
Qarnaço 2028-ci ilin iyun ayının sonuna qədər "qırmızı şeytanlar"la müqavilə bağladı. 20 yaşlı argentinalı 2022-ci ildən "Yunayted"də çıxış edir. Alexandro Premyer Liqanın cari mövsümündə 30 oyun keçirib. Argentinalı 4 qol vurub və məhsuldar ötürmə edib.