14 aprel 2025. Bazar ertəsi
AFFA-nın Hesabat Konfransı keçirilib

"Mançester Yunayted" Hoylundun qiymətini açıqladı


  • Transfer
  • 21:05 12.04.2025
  • Oxunma sayı: 44
"Mançester Yunayted" Hoylundun qiymətini açıqladı

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylundu hansı məbləğə satmağa hazır olduğu məlum olub.

90deqiqe.Az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” rəhbərliyi ən azı 60 milyon avroluq təklif alacağı təqdirdə 22 yaşlı futbolçuya transfer təkliflərini nəzərdən keçirəcək.

Daha əvvəl İtaliyanın "Yuventus" klubunun danimarkalı forvardın xidmətində maraqlı olduğu bildirilirdi.

Bu mövsüm gənc forvard bütün turnirlərdə 42 matçda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Hoylundun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.







Transfer