- Transfer
- 21:05 12.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Bayer"in hücumçusu Florian Virts, "Bavariya" üçün transfer hədəfi olaraq qalır.
90deqiqe.Az xəbər verir ki, Bundesliqa lideri alman oyunçunun ailəsi ilə danışıqlara başlayıb. "Bavariya" yay transfer pəncərəsində Florianı transfer etməyə ümid edir. Almaniya nəhəngi 21 yaşlı futbolçu üçün 140 milyon ödəməyə hazırdır.
Münhen komandasının Virts uğrunda mübarizədə əsas rəqibi İngiltərənin "Mançester Siti" klubu hesab olunur. Eyni zamanda, futbolçunun qohumları “Bavariya”ya keçməyə daha çox meyllidirlər.
Yarımmüdafiəçi 2020-ci ildən Leverkuzen klubunda çıxış edir. Florian bu mövsüm "əczaçılar"ın heyətində 38 matçda iştirak edib, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.