25 aprel 2025. Cümə

Kunde Premyer Liqaya keçə bilər


  • Transfer
  • 23:50 12.04.2025
  • Oxunma sayı: 66
Kunde Premyer Liqaya keçə bilər

"Arsenal" "Barselona"nın sağ cinah müdafiəçisi Jül Kundeni öz sıralarına qatmaq istəyir.

90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi məlumata görə, "Arsenal" 26 yaşlı futbolçu üçün yarışda "Çelsi" ilə mübarizə aparmalı olacaq. London klubu artıq fransalı futbolçunun agenti ilə danışıqlara başlayıb.

Daha əvvəl Enzo Mareskanın komandasının 70 milyon avroluq transfer təklifi edə biləcəyi məlum olub.

Üç il əvvəl "Çelsi" bu oyunçunun alınması üçün əsas namizəd kimi göstərilsə də, sonda o, "Barselona"nı seçib.

Bu mövsüm Kunde bütün turnirlərdə 48 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.







Transfer