2 oktyabr 2026. Cümə

Riberi İtaliyaya köçür


  • Transfer
  • 17:24 20.08.2019
  • Oxunma sayı: 505
Riberi İtaliyaya köçür

Hazırda azad agent olan Frank Riberi karyerasını İtaliyada davam etdirməyə yaxındı.

Corner.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Fiorentina” ilə razılığa gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Riberinin yeni klubu ilə 2 illik müqavilə imzalayacağı bildirilir.

İtaliya mətbuatının xəbərinə görə, təcrübəli futbolçu “Fiorentina”da ilinə 4 milyon avro qazanacaq.

Riberi rəsmi “İnstagram” hesabında şəklini paylaşaraq, “yeni macəraya hazırlıq” deyə yazıb.

Qeyd edək ki, Riberi karyerası ərzində “Qalatasaray”, “Marsel” və “Bavariya” kimi klublarda  çıxış edib.







Transfer