22 aprel 2025. Çərşənbə axşamı

"Çelsi" Droqbanın tövsiyə etdiyi Liqa 1-in autsayder qapıçısı ilə maraqlanır


  • Transfer
  • 20:46 13.04.2025
  • Oxunma sayı: 41
"Çelsi" Droqbanın tövsiyə etdiyi Liqa 1-in autsayder qapıçısı ilə maraqlanır

"Çelsi" Fransanın "Anje" klubunun qapıçısı Yəhya Fofananı transfer etmək yarışına qoşulub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Football Insider” məlumat yayıb.

Mənbənin məlumatına görə, London klubunun skautları 24 yaşlı qolkiperin Fransa çempionatının 29-cu turunda bu gün baş tutacaq "Monpelye" ilə oyununa baxacaqlar.

Bildirilir ki, "mavilər"in sabiq hücumçusu Didye Droqba həmyerlisini almağı tövsiyə edib, həm klubdan, həm də milli komandadan ötən il ərzindəki çıxışından heyran qalıb.

Liqa 1-in 28 turundan sonra "Anje"nin 27 xalı var və 15-ci yerdədir.

Fofana bu mövsüm bütün yarışlarda 28 oyun keçirib və onlardan beşində qapısını təmiz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 6 milyon avrodur.







Transfer