- Transfer
- 16:40 19.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Real Madrid"in cinah oyunçusu Arda Gülər karyerasını "Arsenal"da davam etdirə bilər.
90deqiqe.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, London klubu futbolçunun agenti ilə danışıqlara başlayıb. Türk futbolçunun potensial transferi "topçular"a 30-40 milyon funt-sterlinqə başa gələ bilər. Gülərin “tam potensialını reallaşdırmaq” istədiyi üçün “Real Madrid”dən ayrılmağı düşündüyü vurğulanır.
Daha əvvəl mətbuatda Gülərin Los Blancos-un prezidenti Florentino Peresə Karlo Ançelottinin gələn mövsüm komandanın baş məşqçisi olaraq qalacağı təqdirdə klubdan gedəcəyini söyləməsi xəbəri yayılıb.
Bu mövsüm o, bütün yarışlarda 33 matçda meydana çıxıb, ümumilikdə 1170 dəqiqə meydanda olub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.