2 oktyabr 2026. Cümə

Latsio'nun futbolçusu Milan'da


  • Transfer
  • 18:18 20.08.2019
  • Oxunma sayı: 494
Latsio'nun futbolçusu Milan'da

Latsio'nun braziliyalı hücumçusu Luan Kappani klubunu dəyişib.

Corner.az xarici mətbuata istinadən məlumat verir ki, 19 yaşlı  futbolçu "Milan"a keçib.

 Gənc futbolçu artıq yeni klubu ilə rəsmi müqavilə imzalayıb. Kappani "Milan"a keçdiyi üçün xoşbəxt olduğunu deyib: "Həmişə "Milan" kimi böyük klubda oynamaq arzusunda olmuşam. Mənə inanıb bu şansı verdikləri üçün kluba minnətdaram".

Qeyd edək ki, "Flamenqo"dan "Latsio"ya keçən Luan Kappani ötən mövsüm Latsio'nun əvəzedici komandasında 19 matçda 13 qol vurub.







Transfer