- Transfer
- 15:52 23.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, "Real Madrid" argentinalı futbolçunun xidmətində maraqlıdır. "Kral" Klubu nümayəndələri hazırda 26 yaşlı futbolçunun bu mövsüm başa çatdıqdan sonra müqavilə imzalanmasının mümkünlüyünü araşdırır.
Ekspertlər Argentina millisinin yarımmüdafiəçisinin transfer dəyərini 90 milyon avro dəyərində qiymətləndirirlər.
Qeyd edək ki, MakAllister özü bir neçə dəfə La Liqada oynamaq istədiyini bildirib.Aleksis MakAllister bu mövsüm "Liverpul"un heyətində İngiltərə çempionatında 30 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.