5 dekabr 2025. Cümə

Real Madrid'dən Juventusa bir transfer daha!


  • Transfer
  • 19:08 16.11.2018
  • Oxunma sayı: 624
Real Madrid'dən Juventusa bir transfer daha!
Mövsümün əvvəlində Real Madriddən Cristiano Ronaldonu transfer edən Juventus, İspaniya nəhəngindən daha bir futbolçunu transfer etməyə hazırlaşır

Corner.az xəbər verir ki,İtalyan mətbuatının iddiasına görə Juventus, Real Madridin Kosta Rikalı qapıçısı Keylor Navas'ı heyətinə qatmaq istəyir.
Thibaut Courtois'dan sonra ikinci qapıçı vəziyyətinə düşən və baş məşqçi Santiago Solari tərəfindən heyətdə düşünülməyən Navas'ın da İtaliya təmsilçisinə transfer olmağı müsbət  qarşıladığı ifadə edildi.

Qeyd edək ki, Juventus'dan Buffon'un ayrılığının ardından qapını polşalı Wojciech Szczesny qoruyurdu ancaq təcrübəli qapıçının bəzi matçlarda etdiyi səhvlər tənqid mövzusu olmuşdu.






Transfer