- Transfer
- 18:19 26.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Yuventus”un hücumçusu Kənan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, İngiltərənin "Mançester Yunayted" və "Çelsi" klubları türkiyəli forvardın xidmətində maraqlıdır.
Gələcəyi "Liverpul"la da bağlı olan 19 yaşlı futbolçu bu yay klubunu dəyişə bilər. Bir il əvvəl “Çelsi” artıq bu futbolçunu almağı planlaşdırmışdı, lakin “Yuventus” bundan imtina etmişdi.
Transfermarkt Yıldızın dəyərini 45 milyon avro qiymətləndirir.Bu mövsüm Yıldız bütün turnirlərdə 44 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Gənc hücumçu Türkiyə millisinin də oyunlarında fəal iştirak edib.