- Transfer
- 18:58 26.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Barselona"nın hücumçusu Robert Levandovski karyerasıı MLS-də davam etdirə bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, “Los Anceles Qalaksi” 36 yaşlı hücumçu ilə müqavilə bağlamaqda maraqlıdır. MLS təmsilçisi artıq polşalının agenti ilə danışıqlara başlayıb.
Levandovskinin "blauqrana" ilə müqaviləsi gələn ilin ortalarına qədərdir. Transfermarkt portalı onun dəyərini 15 milyon avro qiymətləndirir.
İspaniya çempionatının cari mövsümündə Levandovski "Barselona"nın heyətində 30 oyun keçirib. Robert 25 qol (üç penaltidən) vurub və iki məhsuldar ötürmə edib. 2022-ci ildən Barçada oynayır.