- Transfer
- 23:36 22.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Mançester Yunayted”in mərkəz hücumçusu Rasmus Hoylund A Seriyasına qayıda bilər.
90deqiqe.Az xəbər verir ki, danimarkalı hücumçu ilə İtaliya çempionatının iki top-klubu maraqlıdır. Söhbət “Yuventus” və “Napoli” komandalarından gedir. Bildirilir ki, hər iki klub Hoylundun tam transferi yox, icarəyə götürülməsi variantını nəzərdən keçirir.
Artıq sözügedən klublar futbolçunun agenti ilə əlaqə saxlayıb.
Rasmus 2023-cü ilin yayında "Mançester Yunayted"ə keçib. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Transfermarkt portalının ekspertləri futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.