23 aprel 2025. Çərşənbə

"Mançester Yunayted" Onanaya əvəzləyici tapdı


  • Transfer
  • 21:48 15.04.2025
  • Oxunma sayı: 45
"Mançester Yunayted" Onanaya əvəzləyici tapdı

"Mançester Yunayted" qapıçı problemini həll etmək üçün "Sauthempton"un qapıçısı Aaron Ramsdeyli hədəfə alıb.

90deqiqe.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, “qırmızı şeytanlar” 26 yaşlı futbolçunu klubda çalışdığı müddətdə bir neçə baha başa gələn səhvlərə yol verən Andre Onananın potensial əvəzləyicisi kimi görür. "Mankunianlılar" hesab edirlər ki, Ramsdeylin Premyer Liqada oynamaq təcrübəsi komandaya kömək edə bilər. İngiltərə nəhəngi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Ramsdale bu mövsüm bütün yarışlarda 26 oyun keçirib, üç qapını təmiz saxlayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimidir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 16 milyon avrodur.

Ramsdeyl 2021-2024-cü illərdə Londonun "Arsenal" klubunda çıxış edib.







Transfer