“Sassuolo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, İtaliya təmsilçisi Avstriyanın “Rapid Vyana" klubunun sağ cinah müdafiəçisi Mert Müldürü transfer edib.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti və detallar açıqlanmayıb.
“Rapid”in yetirməsi olan Mert, ötən mövsüm komanda da 39 rəsmi oyuna çıxıb. Mert Müldür yeni mövsümdə İtaliya A Seriyasında mübarizə aparacaq 7-ci türkiyəli futbolçu olacaq.
Hazırda İtaliyada çıxış edən türk futbolçular bunlardı:
Cengiz Ündər - Roma
Mert Çətin - Roma
Koray Günter - Cenoa
Sinan Gümüş - Cenoa
Hakan Çalhanoğlu - Milan
Merih Demiral - Yuventus
Mert Müldür - Sassuolo