25 aprel 2025. Cümə

Fransalı futbolçu üçün 75 milyon avro


  • Transfer
  • 21:54 15.04.2025
  • Oxunma sayı: 47
Fransalı futbolçu üçün 75 milyon avro

 "Barselona"nın sağ cinah müdafiəçisi Jül Kunde karyerasını "Arsenal"da davam etdirə bilər.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən verdiyi məlumata görə, London klubu 26 yaşlı futbolçu ilə maraqlanır. "Topçular" gələn yay fransalı futbolçu üçün "blauqrana"ya 75 milyon avro təklif etməyə hazırdır. Kundenin ətrafı bildirib ki, təklif bütün tərəflərə uyğun gələrsə, müdafiəçi "Barselona"dan ayrılmağa qarşı olmayacaq.

Fransa millisinin üzvü ilə "Çelsi" də maraqlanır.

Bu mövsüm Kunde bütün yarışlarda 49 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.







Transfer