27 aprel 2025. Bazar günü

"Bavariya" "Real"ın futbolçusunu almaq istəyir


  • Transfer
  • 23:11 15.04.2025
  • Oxunma sayı: 63
"Bavariya" "Real"ın futbolçusunu almaq istəyir

"Bavariya" heyətini gücləndirmək variantlarını araşdırır.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, Münhen klubu bir daha diqqətini "Real Madrid"in yarımmüdafiəçisinə yönəldib. Söhbət Eduardo Kamavinqadan gedir.

Bundesliqa nəhəngi fransalını yay transfer pəncərəsi zamanı heyətinə qatmağı nəzərdən keçirir. Eyni zamanda qeyd edilir ki, "Real" Kamavinqanı yüksək qiymətləndirir, ona görə də onu almaq çətin olacaq.

Bir neçə il əvvəl “Bavariya” fransız üçün 60 milyon avro təklif etsə də, bu təklif rədd edilmişdi.

Nüfuzlu Transfermarkt portalının ekspertləri 22 yaşlı Eduardo Kamavinqanı 70 milyon avro qiymətləndirib.







Transfer