- Transfer
- 23:21 16.05.2025
"Mançester Yunayted" yay transfer pəncərəsində "Bayer"in hücumçusu Patrik Şiki transfer etməyə çalışmaq istəyir.
90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” artıq 27 yaşlı futbolçu ilə danışıqlara başlayıb. "Bayer" çexiyalı forvardının satışından 25-30 milyon avro qazanmağı planlaşdırır.
Çexiya millisinin üzvünün özü də Premyer Liqada qüvvəsini sınamağa qarşı deyil.
Şikin "əczaçılar"la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
Xatırladaq ki, Patrik Şik bu mövsüm Almaniya çempionatında “Bayer Leverkuzen”in heyətində 26 oyun keçirib, 17 qol vurub və 4 sarı vərəqə alıb.