- Transfer
- 20:25 27.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Real Madrid"in ulduzu hücumçusu Kilian Mbappe klub rəhbərliyindən yay transfer pəncərəsində "Arsenal" klubundan həmyerlisi Uilyam Salibanı transfer etməyi istəyib.
90deqiqe.Az-ın "Defensa Central"a istinadən verdiyi xəbərə görə, Mbappe artıq “kral klubu”nun rəhbərlərindən 24 yaşlı fransalı müdafiəçi ilə yaxın vaxtlarda müqavilə imzalamağı xahiş edib.
"Real Madrid" rəhbərliyi transferin kluba çox baha başa gələcəyini bilir lakin yenə də transfer etməkdə israrlıdır. “Topçular” çətin ki, əsas mərkəz müdafiəçisini 100 milyon avrodan aşağı qiymətə buraxsın. Salibanın londonlularla hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
Xatırladaq ki, Uilyam Saliba bu mövsüm İngiltərə çempionatında "Arsenal"ın heyətində 30 oyun keçirib və iki qol vurub.