25 aprel 2025. Cümə

Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusu almaqda israrlıdır


  • Transfer
  • 23:59 15.04.2025
  • Oxunma sayı: 62
Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusu almaqda israrlıdır

"Real Madrid"in hücumçusu Vinisius Junior bu mövsüm sonu Səudiyyə Ərəbistanı liqasında bir kluba keçə bilər.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı futbolçu ilə Səudiyyə liqasının liderləri arasında əlaqələr hələ də aktivdir. “Əl-Əhli” forvardı transfer etməyə əsas namizəd hesab olunur.

Qeyd edək ki, Vinisius özü dəfələrlə klubun qeydiyyatını dəyişmək niyyətində olmadığını və “kral klubu”nda oynamağa davam etməyi planlaşdırdığını bildirib.

Xatırladaq ki, bu mövsüm Vinisius Junior “Los Blankos”un heyətində İspaniya çempionatında 25 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer