3 iyul 2026. Cümə

MLS klubu De Bruyne ilə müqavilə imzalamağı hədəfləyib


  • Transfer
  • 20:21 16.04.2025
  • Oxunma sayı: 186
MLS klubu De Bruyne ilə müqavilə imzalamağı hədəfləyib

"Çikaqo Fayr" "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruynenin azad agent kimi transferində maraqlıdır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O belçikalının qarşıdakı həftələrdə bütün variantları dəyərləndirməsi gözlədiyini, MLS klubunun oyunçu ilə müqavilə imzalamaqda israrlı olduğunu qeyd edib.

Daha əvvəl 33 yaşlı futbolçu bu mövsüm başa çatdıqdan sonra "Mançester Siti"ni tərk edəcəyini açıqlamışdı.

"Çikaqo Fayr" MLS Şərq Konfransının turnir cədvəlində səkkizinci yerdədir. Komanda 8 görüşdə 12 xal toplayıb. Birinci yerdə Columbus Crew (18) qərarlaşıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır