20 aprel 2025. Bazar günü

"Yuventus" gözünü Osimhenə dikib


  • Transfer
  • 20:59 16.04.2025
  • Oxunma sayı: 48
"Yuventus" gözünü Osimhenə dikib

Hazırda Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən "Napoli"nin nigeriyalı hücumçusu Viktor Osimhen yenidən İtaliyada qala bilər.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu "Yuventus"un qısa siyahısındadır.

Hücumçunun bu yay "Napoli"dən ayrılacağı bildirilir, lakin klub onu liqadakı rəqiblərinə satmaq istəmir, ona görə də danışıqlar çətin olacaq.

Müqavilədə yalnız xarici klublar üçün 75 milyon avroluq satınalma variantı var.

Osimhen Türkiyə çempionatında bu mövsüm 24 oyuna çıxıb, 21 qol vurub və dörd məhsuldar ötürmə edib.







Transfer