14 may 2026. Cümə axşamı

Səbail'in sabiq futbolçusu Türkiyə klubunda


  • Transfer
  • 02:00 21.08.2019
  • Oxunma sayı: 433
Səbail'in sabiq futbolçusu Türkiyə klubunda
 “Konyaspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Uqanda millisinin və Xorvatiyanın “Qoritsa” klubunun hücumameylli yarımmüdafiəçisi Faruk Miyanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Miya yeni komandasında 21 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, 2018-ci ildə Miya bir dövrəlik “Səbail”də icarədə oynayıb.






Transfer