3 iyul 2026. Cümə

"Mançester Yunayted" Arda Gülər üçün 60 milyon avro təklif edə bilər


  • Transfer
  • 21:39 16.04.2025
  • Oxunma sayı: 177
"Mançester Yunayted" Arda Gülər üçün 60 milyon avro təklif edə bilər

"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər İngiltərə Premyer Liqasında çıxış edə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "Mançester Yunayted" türk futbolçunun transferi üçün 60 milyon avro təklif edə bilər. Bildirilir ki, təklif futbolçunun transferə açıq olması halında veriləcək.

Daha əvvəl 20 yaşlı Arda Gülərin "Arsenal" və "Liverpul"un maraq dairəsində olduğu barədə xəbərlər yayılmışdı.

Gülər ​​bu mövsüm "Real Madrid"də az oyun keçirib. Nüfuzlu Transfermarkt portalının ekspertləri futbolçunu 45 milyon avro qiymətləndirib.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır