17 may 2025. Şənbə

21 yaşlı futbolçu üçün 250 milyonluq təklif


  • Transfer
  • 22:16 16.04.2025
  • Oxunma sayı: 83
21 yaşlı futbolçu üçün 250 milyonluq təklif

"Bavariya" "Bayer"in yarımmüdafiəçisi Florian Virtsi transfer etmək üzərində işləyir.

90deqiqe.Az-ın "Sport Bild"ə istinadən verdiyi xəbərə görə, Münhen klubunun idarə heyətinin üzvü Uli Hoenes futbolçunun atası ilə sıx danışıqlar aparır.

"Bavariya" alman futbolçunu transfer etmək üçün "Real Madrid" və "Mançester Siti"ni məğlub etmək istəyir.

Bundesliqa nəhəngi Virtsin transferi üçün 250 milyon avro hazırlayır. Buraya təkcə transfer haqqı deyil, futbolçunun maaşı da daxildir.

"Bayer"in 21 yaşlı futbolçunun yay transferi üçün ən azı 150 milyon avro istəməsi gözlənilir.

Daha əvvəl "Mançester Siti"nin Virts üçün 150 milyon ödəməyə hazır olduğu bildirilirdi.







Transfer