- Transfer
- 15:10 14.12.2025
"Barselona"nın hücumçusu Ansu Fati yay transfer pəncərəsində klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, "Yuventus" 22 yaşlı forvard ilə müqavilə imzalamaq niyyətindədir. Turin təmsilçisi bu mövsüm demək olar ki, heç bir oyun keçirməyən ispaniyalı hücumçuya olan marağını yenidən gündəmə gətirib.
Futbolçunun başqa kluba keçmək ehtimalı real görünür, çünki bu, ona karyerasını yenidən canlandırmaq imkanı verə bilər. Eyni zamanda, satış "Barselona"nın davam edən maliyyə problemlərinin həllinə də töhfə verə bilər.
Nüfuzlu Transfermarkt portalının ekspertləri forvardı 5 milyon avro qiymətləndirirlər.