- Transfer
- 15:10 14.12.2025
"Mançester Yunayted" "İpsviç"in hücumçusu Liam Delap üçün yarışda qalib gəlmək üçün mübarizə aparmağa hazırlaşır.
90deqiqe.Az-ın "Daily Express"ə istinadən verdiyi xəbərə görə, “qırmızı şeytanlar” digər Premyer Liqa nəhəngləri ilə birlikdə 22 yaşlı futbolçuya əsas namizədlər sırasındadır. Delap avrokuboklarda çıxış edən kluba keçmək istədiyi üçün “Mançester Yunayted”dən imtina edə bilər.
Forvardın üstünlük verdiyi variantlar “Arsenal” və “Çelsi”dir.
Liam Delap bu mövsüm İpsviç üçün Premyer Liqada 31 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Transfermarktın məlumatına görə, futbolçunun dəyəri 35 milyon avrodur. “Mançester Yunayted” liqa cədvəlində 14-cüdür, lakin Avropa Liqasını qazanmaqla Çempionlar Liqasına vəsiqə qazana bilər.