- Transfer
- 05:56 15.06.2025
"Mançester Yunayted"in qapıçısı Andre Onana mövsümün sonunda komandadan ayrılmağa hazırlaşır.
90deqiqe.Az-ın "Caught Offside"a istinadən verdiyi xəbərə görə, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim "Milan"ın qapıçısı Mayk Maynyanın komandaya qoşulmasını istəyir. Portuqaliyalı çalışdırıcı təcrübəli qolkiperin transferini rəhbərlikdən şəxsən xahiş edib. Premyer Liqa nəhəngi artıq oyunçunun agenti ilə əlaqə saxlayıb.
Eyni zamanda, fransalı qolkiperlə İngiltərənin daha iki klubu - "Çelsi" və "Aston Villa" da maraqlanır.
Transfermarkt oyunçunu 25 milyon avro qiymətləndirir. 29 yaşlı futbolçunun müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.