4 aprel 2026. Şənbə

3 Premyer Liqa nəhəngi "Betis"dən Rodriqesi istəyir


  • Transfer
  • 11:46 17.04.2025
  • Oxunma sayı: 158
3 Premyer Liqa nəhəngi "Betis"dən Rodriqesi istəyir

"Betis"in cinah oyunçusu Xesus Rodriqes İngiltərə Premyer Liqasına keçə bilər.

90deqiqe.Az-ın "Caught Offside"a istinadən verdiyi xəbərə görə, "Arsenal" yay transfer pəncərəsində 19 yaşlı futbolçunu almaq yarışında liderlik edən klublardan biridir.

 “Topçular” gənc ispaniyalının son La Liqa matçlarındakı çıxışını diqqətlə izləyib. Həmçinin qeyd olunur ki, futbolçunun xidmətində "Liverpul" və "Çelsi" də maraqlıdır.

Hələlik heç bir klubun "Betis"lə rəsmi danışıqlar aparmadığı bildirilir.

Rodriqes bu mövsüm "Betis"in əsas komandasında 24 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer