- Transfer
- 23:11 19.06.2025
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva komandanı tərk edə bilər.
90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, portuqaliyalı yarımmüdafiəçinin İspaniya çempionatında top-klubda iş tapmaq imkanı var. "Barselona" 30 yaşlı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır. Kataloniya təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Transfermarkt oyunçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir. Bernardonun "Siti" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununun sonunda başa çatır.